Gürcüstan və Britaniya XİN başçıları görüşdü 

18:00 12.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın XİN başçısı İlia Darçiaşvili Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə Darçiaşvili tviter səhifəsində paylaşım edib.

 

"Həmkarım və əziz dostum Ceyms Kleverli ilə görüşməyimə çox şadam. Əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərinə toxunmaq imkanımız oldu. Biz Gürcüstan və Böyük Britaniya arasındakı tərəfdaşlığı yüksək qiymətləndiririk və möhkəm dəstəyinizə görə minnətdarıq", - o qeyd edib.modern